Azərbaycanlı tələbə tutulub
18 Fevral 2014 17:50 Güney
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, tələbə fəal Vəhid Məsuminin tutulduğu bəlli olub. "Media forum" saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları fevralın 14-də Vəhid Məsumini və yataqxanada onunla birlikdə qalan daha bir neçə azərbaycanlı tələbəni tutub. Fəalın noutbuku, diskləri, fləş-kartı, kitabları, əlyazmaları və daha bir sıra əşyaları götürülüb.
Azərbaycanlı tələbələr fevralın 14-də Təbrizin "Tiraxtur" futbol komandasının Kirmanda bu şəhərin "Mis" komandasına qalib gəlməsi münasibətilə keçirilən şənliklərdən bir neçə saat sonra tutulublar. Onların konkret nədə günahlandırıldığı bilinmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31