ETTELAAT daha 2 azərbaycanlını həbs etdi
18 Fevral 2014 14:37 Güneyİranda Səid Hüseyni və Nasir Abdullahi adlı milli fəallar ETTELAAT əməkdaşları tərəfindən həbs olunublar. GAMOH-dan "OLAYLAR"a verilən məlumata görə, fəalların hər ikisi Germi Peyamnur Universitetinin tələbələridir. Gənclər ana dilində təhsil almaq uğrunda apardıqları mübarizətə görə həbs olunublar. Xatırladaq ki, Səid Hüseyni 2 il əvvəl ana dilində təhsil haqqı tələbi ilə universitetin həyətində təkbaşına etiraz aksiyası keçirmişdi və ona görə də təzyiqlərə məruz qalırdı. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31