İranda zəlzələ oldu
Yeraltı təkanların mərkəz hissəsi İranın Mohr şəhəri ərazisini əhatə edib
17 Fevral 2014 10:15 Güneyİranda 4.1 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytında qeyd edilib. Yeraltı təkanların mərkəz hissəsi İranın Mohr şəhəri ərazisini əhatə edib.Təkanlar fevralın 17-də Bakı vaxtı ilə saat 08:10-da baş verib. Zəlzələ yerin 5 km dərinliyində qeydə alınıb.Təbii fəlakət Mohrdan 5 km, Vəraviyədən 17 km və Qaledardan 29 km məsafədə qeydə alınıb. Zəlzələnin fəsadları və tələfat barədə hələlik heç bir məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31