Azərbaycanlı milli fəal həbsdən məzuniyyətə buraxıldı

Güneyli milli-mədəni fəal Səhənd Məali Sərab şəhəri prokurorunun qərarı ilə zindandan 7 gün müddətinə məzuniyyətə buraxılıb. Azərbaycanlı fəal miqren xəstəliyindən əziyyət çəkir. "OLAYLAR"ın "Güney Azərbaycan" xəbər portalına istinadən məlumatına görə, Məalinin bundan əvvəl müalicə üçün tələbi məhkəmə tərəfindən rədd edilmişdi. Qeyd edək ki, Səhənd Məali 2013-cü ilin sentyabrın 28-də iş yerinin qarşısında Sarab şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 1 il həbs cəzasına məhkum edilib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31