Milli fəalların həyatı təhlükə altındadır
10 Fevral 2014 13:29 Güney"southernazerbaijan.com"-un verdiyi məlumata görə, İran hakimiyyəti Güney azerbaycanlı Milli Hərəkat lideri Doktor Araz Həsənlini ağır əmək düşərgəsində saxlayır. Təbriz həbsxanasının orta əsr tipli əmək düşərgəsində saxlanılan A.Həsənli gündə 10-12 saat ağır işlərdə çalışmağa məcbur edilir və davamlı şəkildə ağır təzyiq və təhqirlərə məruz qalır. Saytın verdiyi məlumata əsasın, həbsxananın vəziyyəti olduqca dözülməzdir. Məhbusların 75%-i beton döşəmədə yatırdılır. Həbsxana bit-birə, siçan və siçovullarla doludur. Təhlükəli cinayətkarlarla bir kamerada saxlanılan A.Həsənli ilə yanaşı digər milli fəallarımız Yürüş, Savalan, Behbud və Mahmudun da həyatları təhlükə altındadır. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31