Güney Azərbaycanda ictimai-siyasi vəziyyətin son durumu haqda tədbir keçiriləcək
6 Fevral 2014 12:22 GüneyMilli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti Güney Azərbaycanda ictimai-siyasi vəziyyətinin son durumu haqda tədbir keçirəcək. Tədbirdə Güney Azərbaycanda və İranın başqa şəhərlərində həbsdə olan milli fəalların durumu,Urmu gölünün İran rejimi tərəfindən məqsədli şəkildə qurudulması, Qərbi Azərbaycan vilayətlərinə İraqdan və Türkiyədən köçürülən terrorçu kürdlər və onların Azərbaycan torpaqlarına yersiz iddiaları mövzularında müzakirələr nəzərdə tutulur. Tədbir 07.02.2014-cü il tarixində saat 14:00- da MDHP Mərkəzi Qərargahının konfrans zalında, M.Məmmədzadə küçəsi 5/7 ünvanında (Nərimanov metrosu Nərimanov Yol Polisi idarəsilə üzbə-üz) keçiriləcək. Tədbirdə MDHP rəhbərliyilə yanaşı, ictimasi-siyasi xadimlər, ziyalılar, ictimai-siyasi təşkilatların nümayəndələri və gənclər iştirak edəcək. OLAYLAR