İranda zəlzələ baş verib

İlkin məlumata görə, 1 nəfər ölüb, 30 nəfər yaralanıb

İranın Hörmüzqan vilayətinin Bəstək şəhərində güclü zəlzələ baş verib.Zəlzələ bu gün səhər saatların Rixter cədvəli ilə 5,5 bal gücündə qeydə alınıb.İranın "Mehr" xəbər agentliyi zəlzələdə ilkin məlumatlara əsasən, 1 adamın dünyasını dəyişdiyini, 30 adamın isə yaralandığını bildirib.Kömək və xilasetmə qruplarının bölgəyə göndərildiyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31