Güney Azərbaycanın 4 vilayəti arasında ortaq əməkdaşlıq komitəsi yaradılıb

"Olaylar"ın GAMOH-un rəsmi saytına istinadən məlumatına görə, Güney Azərbaycanın 4 vilayəti arasında ortaq əməkdaşlıq komitəsi yaradılıb. Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərinin təşəbbüsü ilə təşkil olunan komitənin bu vilayətlərdə inkişaf proqramlarını sürətləndirmək məqsədilə fəaliyyət göstərəcəyi bildirilir. Ortaq komitə ilə bağlı məlumat verən Zəncan valisi Cəmşid Ənsarinin sözlərinə görə, komitə bu vilayətlər arasındakı bənzərlikləri diqqətə alaraq təşkil olunub. Vali həmçinin 4 vilayətin ölkədəki milli gəlirdən istifadə payının aşağı səviyyədə olduğunu bəyan edib. Onun dediklərinə görə, adı çəkilən vilayətlərin İranın milli gəlirindən payı 6 %-dən aşağıdır. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31