Güney Azərbaycan əraziləri kürd torpaqları kimi təqdim edilir

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti Kürd terrorçuların Azərbaycana qarşı yersiz torpaq iddiaları ilə bağlı bəyanat yayıb. "OLAYLAR"-a daxil olan bəyanatda qeyd edilir ki, kürd terroristlərinin Azərbaycana qarşı yersiz torpaq iddiaları getdikcə yeni formada özünü göstərməkdədir. Son zamanlarda  PKK terroristlərinin planlı şəkildə Güney Azərbaycanın Qərb bölgəsinə kütləvi axın etməsi, Azərbaycan ərzisində "Kürdüstan vilayəti" yaratmaq cəhdləri bir daha kürd terrorçuları Azərbaycana qarşı pis niyyətinin dərinliyindən xəbər verir: "Son zamanlar Şimali İraqda qurulan qondarma Kürdüstan höküməti özlərinin televiziyasında və mətbuu orqanlarında "Böyük Kürdüstan" xəritəsini təbliğ edərək Güney və Quzey Azərbaycan ərazilərinin bir çox hissəsini tarixi kürd torpaqları kimi təqdim edirlər. Həmin xəritədə Urmiya, Sulduz, Sayın Qala, Qoşaçay, Salmas, Xoy, Makı, Poldəşt, Naxçıvan və Qarabağın Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və indiki Ermənistan adlanan tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur və Vedibasar bölgələrini "Kürdüstan" əraziləri olduğunu iddia edilir". Bəyanatda qeyd olunur ki, Azərbaycan ərazilərində kürdləşdirmə siyasəti heç bir halda baş verməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31