Təbrizdə bir azərbaycanlı edam edilib
22 Yanvar 2014 15:00 Güneyİranın Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib. HRAZ-ın verdiyi məlumata görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. 27 yaşlı Səccad Purnəcəf 2008-ci ildə həbs edilib. Əslən Culfa şəhərinin Şuca kəndindən olan məhbus 6 il əvvəl mübahisə zəminində düşən davada özünü həmkəndlisinin balta ilə hücumundan müdafiə edərkən onu qətlə yetirib və nəticədə edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 21-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31