Azərbaycanlı qadın siyasi fəal həbsdən azad olundu
Elçin Hatəmi: “Heç bir maneə yaradılmasa, Şəbnəm kimi qardaşı Fərzad da azadlığa buraxılacaq”
22 Yanvar 2014 13:11 GüneyHüquq müdafiəçisi Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, azərbaycanlı siyasi məhbus Şəbnəm Mədədzadə Tehranın Evin həbsxanasından 5 il həbs müddətindən sonra azadlığa buraxılıb. E.Hatəmi bildirib ki, Ş.Mədədzadə qardaşı Fərzad Mədədzadə ilə birlikdə 2009-cu ilin 19 fevralında Tehranda həbs ediliblər. Azərbaycanlı bacı və qardaş İnqilab Məhkəməsi tərəfindən İran hakimiyyətinə qarşı fəaliyyət göstərmək ittihamı ilə 5 il müddətinə həbs cəzasına məhkum olunublar. E.Hatəmi qeyd edib ki, heç bir maneə yaradılmasa, Şəbnəm kimi qardaşı Fərzad da azadlığa buraxılacaq. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31