Güneyli milli fəal Əli Xeyircuya həbs cəzası verildi
21 Yanvar 2014 12:09 GüneyUrmiya gölünün qurudulmasına etiraz nümayişində həbs edilən milli fəal Əli Xeyircu Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən 6 ay azadlıqdan məhrum edilib. GAMOH-dan "OLAYLAR"a verilən məlumata görə, Əli Xeyircu bundan əvvəl də İranın təhlükəsizlik orqanları tərəfindən 5 il həbs cəzasına məhkum edilib. Qeyd edək ki, İran hökuməti Urmiya gölünün qurudulmasına etiraz edənlərin təqib olunmayacaqları barədə açıqlamasına baxmayaraq Güney Azərbaycandan olan milli fəalların silsilə həbsləri hələ də davam edir. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31