Urmiyada 20 yaşlı milli fəal həbs edildi
21 Yanvar 2014 12:04 GüneyGüney Azərbaycandan olan milli fəal Nima Həsəni həbs edilib. Həsəni Urmiyanın "Əlğədir" stadionunda İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisə Urmiyanın "Şəhrdari" klubu ilə Təbrizin "Şəhrdari" voleybol komandası arasında keçirilən oyun vaxtı baş verib. GAMOH-dan "OLAYLAR"a daxil olan məlumata görə, Nima Həsəni saxlanılan zaman təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən döyülüb. Nima Həsəni ilə başqa daha bir soydaşımızın saxlanıldığı bildirilir. Lakin bu barədə yayılan məlumatlar hələ dəqiqləşməyib. Qeyd edək ki, 20 yaşlı milli fəal bundan əvvəl də həbs edilib. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31