İranda 6 nəfər edam edilib
17 Yanvar 2014 16:11 Güneyİranda 6 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslardan beşi Simnan, biri isə Cənubi Xorasan vilayətində dara çəkilib. Onların hamısı narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Məhbuslardan yalnız Cənubi Xorasan vilayətində dara çəkilənin ad və soyadı açıqlanıb. Bu, Təbəs şəhərinin sakini olan 43 yaşlı Həsən Sənicdir. Digərlərinin isə yalnız ad və soyadlarının baş hərfləri qeyd olunub.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 15-də səhər saatlarında Şahrud zindanında və Təbəs şəhərinin mərkəzi həbsxanasında icra olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31