“Traxtor” tərəfdarlarına işgəncə verilir
14 Yanvar 2014 17:06 Güney"Traxtor" tərəfdarlarından həbsdə olan 16 yaşlı iki nəfər rejim məmurlarının işgəncəsi nəticəsində xəstəxanaya yerləşdirilib. "OLAYLAR"-ın MDHP-nin Güney Azərbaycan Departamentinə istinadən verdiyi xəbərə görə, onlar əkiz qardaşlar Yaşar Səadəti və Salar Səadətidir. Tərəfdarlara qarşı işgəncə verildiyi üçün onlarda ürək çatışmazlığı yaranıb və məcburən xəstəxanaya yerləşdiriliblər. Rejimin təhlükəsizlik qüvvələri yeniyetmə tərəfdarların ailəsi ilə əlaqə saxlayaraq, onlara övladlarının xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31