Milli Hərəkat fəallarına qarşı təzyiqlər davam edir
13 Yanvar 2014 18:22 GüneyBelçikada təhsil alan Güney azərbaycanlı tələbəyə İranda 6 il həbs verilib. "OLAYLAR"-ın MDHP-nin Güney Azərbaycan Departamentinə istinadən verdiyi xəbərə görə, beş aydan çoxdur İranda həbsdə saxlanan azərbaycanlı tələbə Həmid Babayiyə 6 il həbs cəzası verilib. Məlumata görə, Belçikanın Lyej Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Həmid Babayi 2013-cü ilin avqust ayında həyat yoldaşı ilə birlikdə valideynlərini görmək üçün İrana gəlib. Həmid Babayi ölkəyə qayıtdıqdan bir neçə gün sonra İran Kəşfiyyat Nazirliyinə çağırılıb və həbs edilib. Bəzi müstəqil və müxalif mənbələrin yaydığı xəbərlərə görə, ETTELAT-da dindirilərkən Həmid Babayiyə Belçikada təhsil alan müxalif iranlı tələbələr haqda suallar verilib və ondan həmin tələbələr barədə məlumat toplayıb ETTELAT-a ötürməsi istənilib. Belçikadakı müxalif iranlı tələbələr haqda heç bir məlumata malik olmadığını və yalnız təhsili ilə məşğul olduğunu bildirən azərbaycanlı tələbə ETTELAT-la əməkdaşlıq təklifini rədd edib.