Məhbus azərbaycanlı fəala ittihamlar irəli sürülüb

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə iki aydan çoxdur həbsdə saxlanan Təbrizin "Tiraxtur" futbol komandasının azarkeşi Taha Kirmaniyə (Yekanlı) qarşı ittihamlar irəli sürülüb.  "Media forum" saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin təcridxanasında saxlanan fəal yanvarın 7-də şəhər məhkəməsinin 20-ci şöbəsinə aparılıb, ona ittihamlar oxunub.

Azərbaycanlı fəal sistemə qarşı təbliğat aparmaqda, müqəddəsləri təhqir etməkdə, dövlət əmlakına ziyan vurmaqda və ictimai asayişi pozmaq üçün qanunsuz qruplara üzv olmaqda günahlandırılır. Fəal ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31