Üzərinə zorla cinayət atılan azərbaycanlı edam edildi

"Güney Azərbaycanda bir nəfər edam edilib. Abdullah Əcəmlu qətldə günahlandırılaraq dara çəkilib" - "OLAYLAR"ın məlumatına görə, DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli belə deyib. S.Rəhimli daha sonra bildirir ki, Təbriz şəhəri yaxınlığındakı Seyidabad qəsəbəsindən olan məhbus 19 yaşında olarkən kütləvi dava zamanı həbs edilib və həmyerlisini qətlə yetirməkdə ittiham olunaraq edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 7-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub. A.Əcəmlu 11 il həbs cəzası çəkdikdən sonra 30 yaşında asılıb. Ancaq valideynləri onun qatil olmadığını və qətli başqasının törətdiyini bildirirlər. Onlar həmçinin qətlin A.Əcəmlunun boynuna qoyulduğunu və övladlarının da işgəncələr altında bunu etiraf etmək məcburiyyətində qaldığını söyləyiblər. ("OLAYLA" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31