İranda zəlzələ baş verib: ölən və yaralanan var

Zəlzələnin mərkəzi Qeraş şəhərindən 64 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb

İranın cənubunda 5.5 ballıq zəlzələ baş verib.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Avropa-Aralıq dənizi seysmoloji mərkəzi yayıb. Zəlzələnin mərkəzi Qeraş şəhərindən 64 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.İran tele-kanalları xəbər verir ki, Hörmuzqan əyalətində 5,5 ballıq zəlzələdən sonra 4,3 bal gücündə daha bir zəlzələ baş verib.Son məlumatlara görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Hörmuzqan əyalətinin Bəstək şəhərində evlərə ziyan dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31