Azərbaycanlı fəal aclıq aksiyasını dayandırıb

İran rejimi tərəfindən xarici ölkəyə casusluq ittihamı ilə həbs olunan azərbaycanlı fəal İsmayıl Bərzgəriyə 60 günlük aclıq aksiyasından sonra aksiyanı dayandırıb. "OLAYLAR"-ın Milli Dirçəliş Hərəkatı Partiyasının Cənubi Azərbaycan Departamentinə istinadən verdiyi xəbərə görə, azərbaycanlı fəal həbsxananın rəis müavini Cavad Momininin Bərzgəri ilə görüşündən sonra aclığı dayandırıb. Cavad Mominini söz verib ki, onun dosyesinə yenidən baxılacaq. Momininin bu vədindən sonra fəal 60 gün davam edən aclıq aksiyasına son qoyub və Evin zindanının 350-ci bəndinə qaytarılıb. Qeyd edək ki, azərbaycanlı fəalın dosyesi dekabrın 3-də yenidən baxılmaq üçün göndərilib və martın 3-də nəticə məlum olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31