İranda daha 4 nəfər edam edilib
30 Dekabr 2013 15:41 Güneyİranın Qərbi Azərbaycan vilayətində daha 4 nəfər məhkum edam edilib. "OLAYLAR"-ın MDHP-nin Cənubi Azərbaycan Departamentinə istinadən verdiyi xəbərə görə, məhbuslar qətldə günahlandırılaraq dar ağacından asılıblar. Edam edilən məhbuslar Məhəmməd Qızılbaş, Hiva Müjdei, Mehdi Ağacani və Həsən Xəbbazidir. Digər iki məhbus - Əsəd Mərufi və Seyid Məhəmməd Rəsuli isə edam hökmləri icra edilmədən yenidən Urmiya şəhərinin mərkəzi həbsxanasına geri qaytarılıblar. Onlara öz işlərindən şikayət vermək hüququ tanınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31