Həbsdəki milli-mədəni fəala işgəncə verilib
26 Dekabr 2013 10:54 GüneyGüney Azərbaycan türklərinin Milli haqlarının təmini uğrunda apardığı dinc mübarizəyə görə 21 gün əvvəl Təbrizdə tutulan ictimai-mədəni fəal Rəsul Rəzəviyə ağır işgəncələr verildiyi haqda xəbər yayılıb.Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında yalançı etiraflar almaq üçün o, çeşidli fiziki və mənəvi işgəncələrə məruz qalıb.İşgəncələrdən İsmayıl Rəzəvi ciddi bədən xəsarətləri alıb.Xatırladaq ki, o, dekabrın 4-də atasının evində tutub. Dekabrın 5-də isə evdə yoxlama aparılıb, İ.Rəzəviyə aid Azərbaycan türkcəsində olan kitablar və başqa şəxsi əşyalar müsadirə edilib.İndiyə kimi ona qarşı konkret ittiham irəli sürülməyib. Ancaq mənbə bildirib ki, onun həbs olunması Urmiya gölünün qurumasına etiraz toplantılarında iştirakı və ötən il Təbrizin "Traktor" futbol klubu ilə Birləşmiş Ərəb Əmirliyinin "Əl-Cəzirə" komandası arasında keçirilən görüşdə "Güney Azərbaycan İran deyil" şüarı yazılmış plakatı qaldırması ilə əlaqələndirilir.