ETTELAAT azərbaycanlıların tədbirinə basqın edib

"Güney Azərbaycanda 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Milli Hökumətin yaranmasının 68-ci ildönümü qeyd olunub" - "OLAYLAR"ın verdiyi məlumata görə, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü Səftər Rəhimli belə deyib. S.Rəhimli bildirib ki, bununla əlaqədar Qoşaçay (Miyandab) şəhərinin Qıcılı kəndində 21 Azər Hərəkatının şəhidlərindən biri olan Xanəli Motiinin məzarı başında anım mərasimi keçirilib: "Ancaq İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tədbirə basqın edib və mərasim iştirakçılarına qarşı güc tətbiq edib. Nəticədə Daryuş Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Mənafiazər (hamısı Qoşaçay) və Muxtar (Artan) İbrahimi (Marağa) həbs edilib". DAK rəsmisi qeyd edib ki, İran Seyid Cəfər Pişəvərinin Güney Azərbaycan Milli Hərəkatının fəallarından qorxur. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31