“Pişəvəri kommunist deyildi”

Əjdər Tağızadə: “21 Azər hərəkatı milli hərəkat idi”

Dekabrın 13-də KXCP qərargahında Bütöv Azərbaycan Ocaqlarının növbəti toplantısı keçirilib. Güney Azərbaycanda 1945-46-cı illər 21 Azər hərəkatına həsr olunmuş toplantıda Aydın Mədətoğlu, Bəxtiyar Tuncay, Mirmahmud Mirəlioğlu, Mehriban Vəzir və digər ziyalılar iştirak ediblər. Araz Şamil Güney Azərbaycanda son vaxtlar hadisələr və siyasi həbslər barədə məlumat verib. Molla rejiminin Güney Azərbaycanın ərazisi və əhalisinin sayı ilə bağlı məlumatları təhrif etdiyini deyən Araz Şamil bildirib ki, əslində İran İslam Respublikasında 10 yox, 14 Azərbaycan ostnaı var. Güney Azərbaycanın ərazisi isə 223 min kvadrat metrdir. 21 Azər Hərəkatı ilə bağlı məruzə ilə çıxış edən Əjdər Tağızadə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi hərəkatın milli hərəkat olduğunu deyib. Onun sözlərinə görə, hərəkatda kommunistlər (tudəçilər) olsa da, Pişərvəri milli hökumət qurmuşdu və milli islahatlar aparmışdı. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31