İranda gənc repçi həbs edildi

İranda yarı gizli fəaliyyət göstərən gənc repçi və pop müğənnisi Əmir Tətəlu (Əmirhüseyn Maqsudlu) dekabrın 2-də tutulub."Media forum" saytının məlumatına görə, İranın əxlaq təhlükəsizliyi polisinin rəisi Məsud Zahidiyan jurnalistlərə açıqlamasında Əmir Tətəlunu tutduqlarını təsdiqləyib. Məsud Zahidiyan deyib: "İfalarını xarici telekanallar vasitəsilə yayan, gizli fəaliyyət göstərən bu kimi müğənnilərə qarşı polis daima ciddi tədbirlər görəcək. Biz bu qanun pozuntularına imkan verməyəcəyik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31