İran parlamentinin üzvü: "Urmiya gölü son nəfəsindədir"
“Urmiya gölü son nəfəslərini alır”
29 Noyabr 2013 16:47 Güney"Öyrənci səsi"nin verdiyi məlumata görə, bunu Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin deputatı Məsud Pezeşkian İran parlamentində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, hazırda Urmiya gölünün vəziyyəti çox pisdir: "Tezliklə tədbir görülməsə, dəymiş ziyanı kompensasiya etmək qeyri-mümkün olacaq".
Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan gölün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldə suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib, 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. apa