İran AES-i yaxınlığında zəlzələ: azı 8 sakin ölüb, 30-u xəsarət alıb
29 Noyabr 2013 05:48 Güneyİran böhranlı vəziyyət üzrə idarənin başçısı Həsən Qədəmi bildirib ki, Buşəhr əyalətində baş verən zəlzələ nəticəsində azı 8 nəfər həlak olub, 30 sakin xəsarət alıb.
***
20.06
İranın cənubunda Buşəhr əyalətində 5.6 bal gücündə zəlzələ olub.
Lent.az-ın "Röyter"-ə istinadən məlumatına görə, yeraltı təkanlar Buşəhr Atom Elektrik Stansiyasının (AES) 30 km-liyində baş verib.
Zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.
Ölən və xəsarət alanlar barədə məlumat yayılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31