İranda hərbi dövlət çevrilişini CIA təşkil edibmiş
ABŞ milli arxivi CIA-ni ifşa edən sənədləri açıqlayıb
19 Avqust 2013 10:20 GüneyAmerikanın Milli Təhlükəsizlik Arxivi İranda baş vermiş hərbi dövlət çevrilişinin ölkəsi tərəfindən təşkil olunması barədə sənədləri açıqlayıb. Qurumun açıqladığı sənədlərdən məlum olub ki, 60 il əvvəl baş nazir Məhəmməd Musaddiqin vəzifədən uzaqlaşdırılması ilə nəticələnən hərbi çevrilişi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) təşkil edib.1953-cü ildə həyata keçirilən bu dövlət çevrilişinin məsuliyyətinin İngiltərə və ABŞ-a aid olduğu bildirilsə də bu iddiaları heç kim sübuta yetirə bilməmişdi.Yeni açıqlanan sənədlərdən isə məlum olur ki, bu hərbi dövlət çevrilişini başından sonuna qədər CIA təşkil edib.Qeyd edək ki, Məhəmməd Musaddiq baş nazir seçildikdən sonra ölkədə nefti milliləşdirmiş və bunu sadəcə İranın mənfəətləri üçün istifadəsinə qərar vermişdi.