Həsən Ruhaninin siyahısı tam təsdiqlənmədi

İran parlamenti prezident Həsən Ruhaninin təqdim etdiyi 18 nazirliyə namizədin 15-ni təsdiqləyib.Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, maarif, ali təhsil və elmi araşdırmalar, idman  sahələri üzrə namizədlər parlamentin dəstəyini ala bilməyib. Onların "islahatçı" adlanan siyasi düşərgəyə yaxın olduğu deyilir.Məclis üzvləri bütövlükdə siyahıya deyil, hər namizədə ayrılıqda səs verib.Xatırladaq ki, Həsən Ruhani həmin sahələr üzrə  Məhəmmədəli Nəcəfi (maarif naziri)Cəfər Meyli Münfərid (ali təhsil naziri), Məsud Sultanifərdin (idman və gənclər naziri) namizədliklərini irəli sürmüşdü.
Təsdiqlənənlər isə aşağıdakılardır:

Bijən Zəngənə, neft naziri

Əbdülrza Rəhmani Fəzli, daxili işlər naziri

Əli Təyyibniya, iqtisadiyyat və maliyyə naziri

Mahmud Ələvi, ETTELAAT naziri

Həmid Çitçiyan, energetika naziri

Hüseyn Dehqan, müdafiə naziri

Məhəmmədrza Nemətzadə, ticarət, mədən və sənaye naziri

Mahmud Höccəti, kənd təsərrüfatı naziri

Əli Rəbii, sosial rifah, əmək və korporasiya naziri

Abbas Axundi, yol və şəhərsalma naziri

Həsən Haşimi, səhiyyə naziri

Məhəmmədcavad Zərif, xarici işlər naziri

Mustafa Purməhəmmədi, ədliyyə naziri

Əli Cənnəti, irşad və mədəniyyət naziri

Mahmud Vaizi, informasiya texnologiyaları və kommunikasiya naziri.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31