İranda iki zəlzələ baş verdi
Yeraltı təkanlar Buşer vilayətində qeydə alınıb
11 Avqust 2013 12:24 Güneyİranın Buşer vilayətində iki zəlzələ baş verib. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məlumatı ABŞ Geoloji Xidməti yayıb.Zəlzələnin birincisinin gücü 4,7 maqnituda, ikincisinin gücü isə 5,0 maqnituda ilə ölçülüb. Dağıntı və tələfat haqqında məlumat verilmir. Qeyd edək ki, zəlzələnin baş verdiyi Beşer vilayətində Atom Elektrik Stansiyası yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31