Həsən Ruhani: "Tehran və Bakı arasındakı əməkdaşlıq regional əlaqələrin möhkəmləndirilməsinə imkan yarada bilər"
6 Avqust 2013 10:29 GüneyTehran və Bakı arasında əməkdaşlıq regional əlaqələrin möhkəmləndirilməsinə və yüksəldilməsinə imkan yarada bilər. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bu barədə İranın prezidenti Həsən Ruhani Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşdə bildirib.Ruhani həmçinin bildirib ki, İran və Azərbaycan arasında qurulmuş yaxşı parlament münasibətləri regional və beynəlxalq səviyyədə ümumi məqsədə xidmət edə bilər.Azərbaycan parlamentinin spikeri öz növbəsində bildirib ki, rəsmi Bakı müxtəlif sahələrdə Tehranla diplomatik münasibətlərin və əməkdaşlığın genişlənməsini dəstəkləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31