Tanımış Güney Azərbaycan ziyalısı evində ölü aşkarlanıb

Güney Azərbaycanda tanınmış mədəni- ictimai fəal öz şəxsi mənzilində ölü tapılıb.Lent.az-ın məlumatına görə, Xoy şəhərinin sakini olan Səccad Səfərzadın iyulun 29-da axşam saatlarında müəmmalı şəkildə öldüyü məlum olub. Ancaq azərbaycanlı fəalın ölümünün səbəbləri məlum olmadığından onun cəsədi ekspertiza üçün Urmiya şəhərinin Tibbi Ekspertiza Şöbəsinə göndərilib.Qeyd edək ki, S. Səfərzad 1982-ci ildə anadan olub, Güney Azərbaycanın Urmiya Dövlət Universitetinin kənd təsərrüfatı mühəndisliyi fakültəsini bitirib.Azərbaycanlı fəal "Evrin-e Xoy" və "Aydın Səhər" qeyri-hökumət təşkilatlarının üzvü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31