“İranın nüvə obyektlərində 17 min nəfər işləyəcək”

Səkkiz illik fəaliyyəti barədə danışan İran prezidenti, iqtisadiyyatın bir çox sahələrində görülən işlər barədə məlumat verib

"İranın nüvə obyektlərində işçilərin sayı 17 min nəfərə çatdırılacaq".

ANS PRESS İran mətbuatına istinadən xəbər verir ki, bunu vəzifəsini bitirmək üzrə olan İran prezidenti Mahmud Əhmədinejad bildirib.

M. Əhmədinejat, İranın nüvə obyektlərində hazırda 12 min nəfərin işlədiyini və yaxın gələcəkdə daha 5 min nəfərin işə götürüləcəyini bildirib.

Səkkiz illik fəaliyyəti barədə danışan İran prezidenti, iqtisadiyyatın bir çox sahələrində görülən işlər barədə məlumat verib.

İranın müharibə tərəfdarı olmadığını deyən M.Əhmədinejat, görülən işlərin İran xalqının istəkləri üzərində qurulduğunu qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31