GAMOH fəalları Evin həbsxanasından köçürülüblər
25 İyul 2013 15:56 GüneyGAMOH fəalları Evin həbsxanasından Ricaişəhr həbsxanasına köçürülüblər. Bir neçə gündür ki, Güney Azərbaycan Milli Hərəkatının 5 üzvü ədalətsiz məhkəmə qərarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir. Bu barədə "OLAYLAR"a açıqlamasında Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, politoloq Səftər Rəhimli deyib. Səftər Rəhimli bildirdi ki, ana dilində təhsil, mədəni haqların və insan hüquqlarının tanınması üçün mübarizə aparan GAMOH təşkilatının fəalları, doktor Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə cəmi iki saat davam edən "istintaq" və "məhkəmə" nəticəsində bir müddət əvvəl azadlıqdan məhrum ediliblər. Onlar hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandırılıb. ("OLAYLAR" İA)