Tehranda fabrikdə yanğın olub, ölən və yaralananlar var

Yaralılardan üçü ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıblar

İranın paytaxtı Tehran şəhərində ötən gün 6 mərtəbəli tikiş fabrikində yanğın olub. APA-nın "Oyannews"a istinadən məlumatına görə, hadisə iyulun 11-də, yerli vaxtla saat 11:55-də şəhərin Cümhuriyyət xiyabanında baş verib.Nəticədə 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. . Bir nəfər xilas olmaq üçün dördüncü mərtəbədən özünü atsa da, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.Yaralılardan üçü ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıblar. Yanğını yalnız yerli vaxtla saat 13:30-da söndürmək mümkün olub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31