İranın yeni prezidenti dünya ilə konstruktiv əlaqələr axtarır

Rostam Qasemi: "O, beynəlxalq münasibətlər sahəsində ekspertdir"

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani dünya ilə konstruktiv qarşılıqlı əlaqələr axtarır. Trend-in Press TV telekanalına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Almaniyanın Frankfurt şəhərində təşkil edilmiş beynəlxalq konfransda İranın neft naziri Rostam Qasemi çıxış edib."Ruhani beynəlxalq məsələləri yaxşı anlayır. O, beynəlxalq münasibətlər sahəsində ekspertdir. Onun şüarı dünya ilə əməkdaşlıq və konstruktiv qarşılıqlı əlaqə idi", - deyə Qasemi bildirib.Nazir qeyd edib ki, İranda iyunun 14-də keçirilmiş prezident seçkiləri İslam Respublikasında tam demokratiyanın mövcudluğuna dəlalət edir.İranda keçirilmiş prezident seçkilərində Ruhani 50,7 faiz səs toplayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31