İranda 1 milyon tondan çox yanacaq daşıyan gəmidə yanğın baş verib
Gəminin göyərtəsindəki 9 ekipaj üzvünün hamısı xilas edilib
8 İyul 2013 11:19 Güneyİranın Bəndər Abbas limanı yaxınlığında 1 milyon tondan çox yanacaq daşıyan gəmidə ötən axşam güclü yanğın baş verib və uzun çalışmalardan sonra yanğını söndürmək mümkün olub.Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Hörmüzqan əyalətinin Dənizçilik və Limanlar İdarəsinin rəis müavini Mehdi Nofərəsti deyib.Nofərəstinin sözlərinə görə, yanğın gəminin idarəetmə otağında başlayıb və yanğından mühafizə briqadasının müdaxiləsi nəticəsində yanğının gəminin digər hissələrinə keçməsinin qarşısı alınıbNofərəsti deyib ki, yanğının tez bir zamanda söndürülməsi üçün 6-dan çox yanğınsöndürmə briqadası fəaliyyət göstərib ki, bununla da baş verə biləcək böyük bir faciənin qarşısını ala biliblər.O əlavə edib ki, yanğın baş verdiyi zaman gəminin göyərtəsində 9 ekipaj üzvü olub ki, onların da hamısı xilas edilib.