Silahlı qüvvələrimizin yaranmasının 95 illiyi Tehranda qeyd olunub VIDEO

Mərasimdə İran Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin generalları iştirak ediblər

Qafqazda ən güclü ordusu olan Azərbaycan öz gücünü və qüdrətini hamıya nümayiş etdirdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibəti ilə Azərbaycanın Tehrandakı Səfirliyində rəsmi qəbul təşkil olunub. İran Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin generalları, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərərgah rəisinin müavini briqada generalı Nizami, digər yüksək rütbəli hərbçilər, Tehranda fəaliyyət göstərən hərbi attaşelər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan Respublikasının İrandakı ayrı-ayrı dövlət qurumlarının nümayəndələri, ölkə ictimaiyyətinin nümayəndələri mərasimdə iştirak ediblər.

Təntənəli mərasimin açılışı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyulması ilə başlandı, ruhu ehtiramla yad edildi. Azərbaycanın və İranın dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan Azərbaycan Respublikasının Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi, polkovnik Mehman Süleymanov Azərbaycan Milli Ordusunun yaranması, inkişaf yolu və müasir vəziyyəti barədə ümumi məlumat verərək qeyd etdi ki, Azərbaycan ordusu işğal altında olan torpaqlarını azad etmək qüdrətində inkişafa çatıbdır.

Sonra İranda diplomatik fəaliyyəti başa çatan Türkiyə, İtaliya, Rusiya və digər ölkələrdən olan hərbi attaşelərinə Azərbaycan xalqının milli geyimləri və başqa hədiyyələr təqdim olunub. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qüdrətini göstərən sənədli film göstərilib, kitab və jurnallardan ibarət guşələr nümayiş etdirilib, iştirakçılara Azərbaycanın tarixinə və müasirliyinə dair əyani vəsaitlər paylanıb.

Rəsmi hissədən sonra, Azərbaycanın milli musiqilərindən seçmələr- vətənə, Azərbaycana həsr edilən mahnılar "Sarı gəlin", "Azərbaycan", "Şuşanın dağları" və s. ifa edilib.

Təntənəli mərasim Azərbaycanın milli mətbəx nümunələrimizdən ibarət süfrə arxasında davam etdirillib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31