Həsən Ruhani: “İran harada qalmışdısa, oradan da davam edəcək”
21 İyun 2013 12:49 Güneyİranın yeni seçilmiş prezidenti Həsən Ruhani ölkədə siyasi incikliklərin başa çatdığını bildirib. Ruhani qeyd edib ki, o dövlət başçısı seçilən gündən İranda əmin-amanlıq dövrü başlanıb. Dövlət başçısı onu dəstəklədikləri üçün Ayətullah Haşimi Rəfsancaniyə və Xatəmiyə öz təşəkkürünü bildirib. Həsən Ruhani bundan sonra da İranın qarşısına qoyduğu nüvə məqsədləri üçün mübarizə aparacağını deyib. "İran harada qalmışdısa, oradan da davam edəcək" - Həsən Ruhani deyib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31