İranın yeni prezidenti - o kimdir?

İranın yenicə seçilmiş prezidenti Həsən Ruhani mötədil bir dindar kimi tanınır

Anspress yazır ki, o, 2003-2005-ci illərdə sabiq prezident Məhəmməd Xatəminin hakimiyyəti dövründə baş nüvə müzakirəçisi vəzifəsində çalışıb.

Prezident Mahmud Əhmədinejaddan fərqli olaraq Ruhani nüvə proqramı kimi beynəlxalq müstəvidə mübahisələrə yol açan məsələlərdə daha yumşaq mövqe tutur. Baxmayaraq ki, o, Qərbə boyun əyilməyəcəyi barədə xəbərdarlıqla çıxış edir.

Həsən Ruhani beynəlxalq sanksiyaların ləğvi də daxil edilməklə, bir sıra məsələlərin həllində dünya ictimaiyyəti ilə konstruktiv əlaqələr yaradacağına vəd verib.

Mötədil ruhaninin qələbəsinə sabiq prezidentlər Əkbər Haşemi Rəfsəncani və Məhəmməd Xatəminin onu dəstəkləməsi yardım edib

Həsən Ruhani 1948-ci ildə İranın Sorxe şəhərində anadan olub.

Hüquqşünaslıq üzrə doktorluq dərəcəsinə Şotlandiyanın Qlasqou Kaledonian Universitetində yiyələnib.

İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi ilə yaxın əlaqələrə malik olan Ruhani parlament üzvü kimi 1980-2000, Milli Təhlükəsizlik Şurasının baş katibi kimi 1989-2005-ci illərdə fəaliyyət göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31