İranda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb

İranda bu gün prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasının son günü idi.Trend-in Tehrandakı xüsusi müxbirinin məlumatına görə, cümə günü keçiriləcək seçkilərdə öz namizədlərinə dəstək olmaq məqsədilə Tehranın Vəliəsr, İnqilab, Vənək, Fələstin Meydanı və digər xiyabanlarında prezidentliyə namizədlər Məhəmməd Baqir Qalibaf, Həsən Ruhani, Möhsin Rzayi, Səid Cəlili və Əli Əkbər Vilayətinin tərəfdarları küçə yürüşləri təşkil ediblər.Onlar hər biri öz namizədlərinin atributları olan bənövşəyi, göy, və ağ rəngdə şal və parçalardan istifadə ediblər, namizədlərin şəkillərini daşıyıb, xiyabanlarda əhalini dəstəklədikləri namizədlərə səs verməyə çağırıblar.Eyni zamanda, namizədlərin diskləri, həmçinin, şirniyyatlar, meyvə şirələri paylayıblar.Trend həmin dəstək yürüşlərinin fotorepartajını təqdim edir.Qeyd edək ki, ölkədə prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31