Xameneyinin qohumu geri çəkildi

Qulaməli Həddad Adil mühafizəkarların qalib gəlməsinə yardım etmək məqsədilə namizədliyini geri götürüb

İranın ali dini lideri Ayətulla Seyid Əli Xameneyinin qohumu, "2+1" seçki koalisiyasının üzvü Qulaməli Həddad Adil iyunun 10-da bəyanat yayaraq prezidentliyə namizədliyini geri götürdüyünü bildirib.İran "İRİB" telekanalının məlumatına görə, mühafizkar namizəd Qulaməli Həddad Adil bəyanatında öz namizədliyini başqa bir namizədin xeyrinə geri götürməsi məsələsinə toxunmayıb: "Mən mühafizəkarların bu seçkidə qalib gəlməsinə yardım etmək məqsədilə namizədliyimi geri götürürəm. Seçicilərdən istəyirəm ki, ali dini liderin nəzərdə tutduğu meyarlara riayət edərək, İslam inqilabının ideyalarına və onun dəyərlərinə önəm verən namizədlərə səs versinlər".Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31