ABŞ-dan Çinə- Xəbərdarlıq
Pekinin valyuta məzənnəsinə müdaxilə etməsi ABŞ və Çin arasında gərginlik yarada bilər.
17 İyun 2016 10:16 GüneyPekinin valyuta məzənnəsinə müdaxilə etməsi ABŞ və Çin arasında gərginlik yarada bilər.
Tərəfdar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Maliyyə naziri Jakob Lyu deyib.
O, iki ölkənın ən böyük iqtisadiyyata sahib olduğunu bəyan edib.
"Çin bizim iqtisadiyyatımızdan faydalandığı kimi, ABŞ da Çinin xidmət sektorundan böyük gəlir əldə edir. ABŞ-dan Çinə ixrac 2009-cu ildən bu yana iki dəfə artıb. Lakin Çin iqtisadiyyatında baş verən problemlər bütün dünyaya təsir edir. Valyuta məzənnələrinə yersiz müdaxilə ikili münasibətlətə xələl gətirə bilər",- deyə Lyu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31