Merkel: Miqrasiya böhranına görə Avropa və Türkiyə birlikdə cavabdehlik daşımalıdırlar
19 Fevral 2016 10:13 GüneyAvropa və Türkiyə miqrasiya böhranına görə birgə məsuliyyət daşımalıdırlar. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Brüsselə sammitə gələn Almaniya kansleri Angela Merkel bildirib."Avropa və Türkiyə məsuliyyəti bölüşməlidirlər. Bizə sərhədlərimizin qorunması gərəkdir, qaçaqmalçılarla, qanunsuzluqla mübarizə gərəkdir. İnsanların Aİ-yə gəlməsini təmin edə biləcək qanuni yollar tapmalıyıq", deyə Merkel bildirib. Kanslerin sözlərinə görə, rəsmi Berlin "Avropa-Türkiyə gündəliyi"nin prioritet olaraq qalmasını istəyir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31