Ermənistanda konstitusiya islahatları əleyhinə mitinqlər başladı

İrəvanın mərkəzində, Azadlıq meydanında konstitusiya islahatları əleyhinə mitinq keçirilir.Modern.az -ın APA-ya istinadən verdiyi məlumata görə, mitinq iştirakçılarının əksəriyyəti əllərində "Yox" plakatını tutublar.Mitinqdə iki müxalifət partiyası - Erməni Milli Konqresi və "İrs" partiyasının nümayəndələri çıxış edəcəklər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar "Yox" cəbhəsi altında birləşiblər. Mitinqdən sonra yürüşün keçirilməsi nəzərdə tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31