Güntay “Babək soybasoy Azərbaycan türküdür” yazmışdır

"Fazil Mustafanın Babəklə bağlı görüşlərini dəstəkləyənlərdən birincisi Güntay Gəncalpdır". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə yazıçı Dilqəm Əhməd çıxış edib. "Güntay bəy, yazıb ki, Babək Sasani varisi idi. Güntay bəy, Sizin tez-tez görüş dəyişdiyiniz bəllidir deyə, mən heç vaxt Sizinlə polemikaya girmək istəməmişəm. Əminəm ki, beş il sonra siz Səfəvilər haqqında başqa cür kitab yaza bilərsiniz. Yəni, xətrinizə dəyməsin, ideoloji qurbanısınız və əmin olun ki, bunlar cavabsız qalmayacaq. Bəli, Siz 2006-cı ildə Babəki türk qəhrəmanı, fars molla rejiminin isə Güney hərəkatını boğmaq üçün Babək adını yasaqladığını belə yazmışdınız. İndi nə dəyişdi? Nə dəyişdiyini yaxşı bilirəm, sadəcə bunu zamana saxlamışam. Bunlar Sizin Babək haqqında cümlələrinzidir: "1. Biz, Babək Xürrəmini özbəöz, soybasoy Azərbaycan türkü, Azərbaycan türk tarixinin parlaq dönəmi olaraq qəbul edir, günümüzdəki fars faşizminə qarşı mübarizəmizdə onun ulu ruhundan güc alırıq. 2. Milli dövlətimiz olmaması səbəbi ilə bu dönəm üzərində də fars faşizmi saxta tarix teoriləri uydurmuşdur. Fars şovinizmi əsas olaraq Babəki fikri baxımdan Məzdəkçiliyə və irqi baxımdan Sasanilərə bağlamağa çalışmışdır. Bu tezis üzərinə təbliğatlarını yürütməkdədirlər. Guya Babəkin atası Sasanilərin paytaxtı Tisfondan Qaradağa gəlmiş və sonra da Babək "İran"lıların ərəblərə qarşı apardığı mübarizənin rəhbərliyinə yüksəlmişdir! Əlbəttə ki, hər olayı Sasanilərə bağlamaq fars şovinist tarixçilərinin alışqanlıqlarıdır". Qalanını demirəm. Sadəcə kimlərsə nəyisə unuda bilər, amma əmin olun ki, bu ölkədə heç bir yazını unutmayan biri varsa o da mənəm" - deyə D.Əhməd qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31