Gündəm

Hindistanda qadınlarla bağlı qanunda dəyişiklik edildi

18 Mart 2020 18:07

1971-ci ildə Hindistan, 20 həftəyə qadınların təhlükəsiz və qanuni abort etmək hüququnu tanıyan ilk ölkələrdən biri oldu. Qadınların təhlükəsizliyini təmin etmək üçün qanun abortun kim tərəfindən, nə vaxt, harada və kim tərəfindən həyata keçirilə biləcəyi kimi xüsusiyyətləri müəyyənləşdirdi. O dövrlər üçün hamiləliyin tibbi ləğvi qanunu geniş terapevtik, gigiyenik və humanitar əsaslarla icazə verilən mütərəqqi bir qanun idi.

Koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün hansı tədbirlərə ehtiyac var?

18 Mart 2020 13:37

Vüqar Bayramov: “Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur” Koronavirusun dünyanın 124 ölkəsinə yayılması dünya iqtisadiyyatına ciddi təsir göstərib. Əsasən qızğın turizm və satış mövsümündə baş qaldıran yeni virus bir sıra ölkələrin iqtisadiyyatını məhv etmək təhlükəsilə üz-üzə qoyub. Nəzərə almaq lazımdır ki, ölkələr arasında iqtisadi əlaqələrin kəsilməsi, beynəlxalq daşınmalara məhdudiyyətin qoyulması istehsalatı tamamilə dayandırıb. Hazırda beynəlxalq təşkilatlar  koronavirusun dünya iqtisadiyyatına təsirini miqyası barədə suala dəqiq cavab verməkdə çətinlik çəkirlər.

Azərbaycan koronavirusa qarşı mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirir

18 Mart 2020 13:36

Nə qədər acı və təəssüfedici də olsa, günümüzdə bəşəriyyət, dünyamız ciddi bir sınaq qarşısındadır. Dünyanın demək olar ki, dörd bir tərəfini bürüyən koronavirus hər gün müxtəlif ölkələrdə yüzlərlə yoluxma halına, elə bir o qədər də insan ölümünə yol açır. Çindən başlayan, İtaliyada yayılan və cənub qonşumuz İranda həyatı demək olar ki, iflic edən koronavirus Azərbaycana da təsirsiz ötüşməyib. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi xəbərə görə, artıq ölkəmizdə 25 nəfərdə bu virusa yoluxma halı qeydə alınıb. Eləcə də yüzlərlə şəxs karantinə alınıb. 

Ölkədə qeyri-formal məşğulluğa qarşı ciddi mübarizə aparılır

18 Mart 2020 13:34

İlham Əliyev: “Biz bu işləri elə təşkil etməliyik ki, səmərəlilik əmsalı ən yüksək həddə çatsın” Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bunun üçün isə qeyri-məşğulluğun qarşısının alınması vacib şərtdir. Məhz bu kimi amilləri nəzərə alan prezident İlham Əliyev 2017-ci il 9 oktyabr tarixili sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair” Tədbirlər Planı təsdiq edilib.

Sabah Bakıda yağış yağacaq

18 Mart 2020 13:28

19 martda gözlənilən hava şəraiti açıqlanıb.

Yaz mövsümü başlayandan 174 mindən çox ağac əkilib

18 Mart 2020 13:27

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağac əkini davam edir.

Bakı sakinindən “Makarov” götürülüb

18 Mart 2020 13:25

Bakı şəhər sakinində silah-sursat aşkarlanıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Muradovdan “Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir

18 Mart 2020 13:24

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Nəsimi rayonunda da   bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir.

Uşaqları koronavirusdan necə qorumaq olar?

18 Mart 2020 13:21

Artıq dünyanı lərzəyə salan koronavirus Azərbaycana da yayılıb. Rəsmi məlumatlara görə, artıq 25 nəfər bu virusa yoluxub. Azərbaycan dövləti virusun daha geniş şəkildə yayılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Tibb mütəxəssislərinin bildirdiyinə görə,  koronavirus daha çox immuniteti zəif olan insanları tutur. Nəzərə alsaq ki, uşaqların da immuniteti əksər hallarda zəif olur, o halda uşaqları koronavirusdan necə qorunmaq sualı günümüz üçün aktual olaraq qalır.  Bu mənada Azərbaycan Hökumətinin, xüsusilə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusa qarşı mübarizə məqsədilə keçirdiyi tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində tədrisi dayandırması vaxtında və düzgün olaraq atılmış addım idi. Ancaq bütün halda valideynlər də gərək övladlarını bu təhlükədən uzaq tutmağı bacarsınlar.

Evdən pul və qızıl-zinət əşyaları oğurlayan ələ keçib

18 Mart 2020 13:00

Bakıda evdən oğurluq edən şəxslər tutulub. Daxili İşlə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki evlərin birindən 7500 manat, 10.200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki “Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Ağammədov, G.Hüseynov və İ.Məmmədov saxlanılıb.

Ünvanlı yardım üçün müraciət edən ailənin kommunal və rabitə xərcləri üçün limit artırılacaq

18 Mart 2020 12:59

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün cari ildə də müvafiq işlər aparılacaq. Proqramın genişləndirilməsi üçün vacib məsələlərdən biri sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artırılmasıdır. Əmək və Əhalinin Sosial Müdadfiəsi Nazirliyindən “Olaylar”a bildirilib ki, bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı Qaydalarda dəyişikliklər layihələri hazırlanıb.

“ASAN bot” tətbiqi istifadəyə verilib

18 Mart 2020 12:55

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanmış “ASAN bot” sistemi istifadəyə verilib. “ASAN bot” bir süni intellekt məhsulu olan çatbotdur. İlkin olaraq pilot versiyada istifadəyə verilmiş “ASAN bot”un Beta versiyası vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər ilə bağlı, həmçinin bir sıra digər layihələr ilə əlaqədar sualları cavablandırmağa xidmət edəcək. Belə ki, “ASAN bot” vasitəsilə vətəndaşlar artıq istədikləri vaxt, 24\7 rejimində və istənilən yerdən dövlət xidmətləri barədə suallarına operativ şəkildə cavab əldə edə biləcəklər.