Koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün hansı tədbirlərə ehtiyac var?
Vüqar Bayramov: “Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur” Koronavirusun dünyanın 124 ölkəsinə yayılması dünya iqtisadiyyatına ciddi təsir göstərib. Əsasən qızğın turizm və satış mövsümündə baş qaldıran yeni virus bir sıra ölkələrin iqtisadiyyatını məhv etmək təhlükəsilə üz-üzə qoyub. Nəzərə almaq lazımdır ki, ölkələr arasında iqtisadi əlaqələrin kəsilməsi, beynəlxalq daşınmalara məhdudiyyətin qoyulması istehsalatı tamamilə dayandırıb. Hazırda beynəlxalq təşkilatlar koronavirusun dünya iqtisadiyyatına təsirini miqyası barədə suala dəqiq cavab verməkdə çətinlik çəkirlər.
18 Mart 2020 13:37 SosialVüqar Bayramov: "Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur"
Koronavirusun dünyanın 124 ölkəsinə yayılması dünya iqtisadiyyatına ciddi təsir göstərib. Əsasən qızğın turizm və satış mövsümündə baş qaldıran yeni virus bir sıra ölkələrin iqtisadiyyatını məhv etmək təhlükəsilə üz-üzə qoyub. Nəzərə almaq lazımdır ki, ölkələr arasında iqtisadi əlaqələrin kəsilməsi, beynəlxalq daşınmalara məhdudiyyətin qoyulması istehsalatı tamamilə dayandırıb. Hazırda beynəlxalq təşkilatlar koronavirusun dünya iqtisadiyyatına təsirini miqyası barədə suala dəqiq cavab verməkdə çətinlik çəkirlər. Məlum olan odur ki, hətta iqtisadi dayanıqlığı təmin olunan bəzi ölkələr iqtisadiyyatlarını işlək vəziyyətdə saxlamaq üçün kifayət qədər imkanlara malik olsalar da enə də səhm bazarlarına ciddi ziyan dəyib. Sirr deyi ki, beynəlxalq aləmdə baş verən iqtisadi proseslər Azərbaycandan da yan keçməyib. Lakin mövcud vəziyyət nəzərə alınaraq ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Artıq Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus epidemiyası ilə bağlı ölkədəki vəziyyət və hadisələrin mümkün inkişafı variantları, müxtəlif variantlarda hansı tədbirlərin görüləcəyi müzakirə olunub. Baş Nazir İtaliya, Türkiyə, Macarıstan və bura yaxın ölkələrdən ölkəmizə qayıdan vətəndaşlarımızın karantinə yerləşdiriləcəyi barədə məlumat verib. İclasda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə də qərar qəbul edildiyi vurğulanıb. Qeyd olunub ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil olunacaq. İclasda həmçinin martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının martın 29-dək dayandırıldığı barədə də məlumat verilib. Maraqlıdır, koronavirusun ölkə iqtisadiyyatına təsirinin minimuma endirilməsi üçün daha hansı tədbirlərin görülnməsinə ehtiyac var?
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Nazirlər Kabineti koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər hazırladığını bəyan edib. Bu baxımdan, məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərini minimumlaşdırılması üçün bu tədbirlərin də paketə daxil olunması məqsədəuyğun olardı: "Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərdə güzəştin verilməsi məqsədəuyğundur. Doğrudur, 2 bank istisna olmaqla digər banklar özəl qurumlardır. Amma Mərkəzi Bank tərəfindən banklara belə tövsiyyə xarakterli müraciət edilə bilər. Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirus səbəbindən gəlirinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiyini bildirirlər. Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka kredit borcu var. Və borcunu ödəməkdə çətinlik çəkir. Bu baxımdan, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və peniyaların hesablanmasının dayandırılmasını məqsədə uyğundur. Koronavirus ilə qlobal mübarizənin nəticəsindən asılı olaraq bu müddətə yenidən baxıla bilər". Millət vəkili əlavə edib ki, hazırda koronavirus onlayn ticarətin inkişafını daha da aktuallaşdırıb. Sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiq olunması məqsədəuyğun olardı. ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə onlayn ticarət satış vergisindən azaddır. Oxşar praktikanın bizdə də tətbiq olunması məqsədəuyğun olardı: " Sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var. Xüsusən rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur. Bu baxımdan girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlarımız üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtyac var".
Alim