Azərbaycan koronavirusa qarşı mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirir

Nə qədər acı və təəssüfedici də olsa, günümüzdə bəşəriyyət, dünyamız ciddi bir sınaq qarşısındadır. Dünyanın demək olar ki, dörd bir tərəfini bürüyən koronavirus hər gün müxtəlif ölkələrdə yüzlərlə yoluxma halına, elə bir o qədər də insan ölümünə yol açır. Çindən başlayan, İtaliyada yayılan və cənub qonşumuz İranda həyatı demək olar ki, iflic edən koronavirus Azərbaycana da təsirsiz ötüşməyib. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi xəbərə görə, artıq ölkəmizdə 25 nəfərdə bu virusa yoluxma halı qeydə alınıb. Eləcə də yüzlərlə şəxs karantinə alınıb. 

Nə qədər acı və təəssüfedici də olsa, günümüzdə bəşəriyyət, dünyamız ciddi bir sınaq qarşısındadır. Dünyanın demək olar ki, dörd bir tərəfini bürüyən koronavirus hər gün müxtəlif ölkələrdə yüzlərlə yoluxma halına, elə bir o qədər də insan ölümünə yol açır. Çindən başlayan, İtaliyada yayılan və cənub qonşumuz İranda həyatı demək olar ki, iflic edən koronavirus Azərbaycana da təsirsiz ötüşməyib. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi xəbərə görə, artıq ölkəmizdə 25 nəfərdə bu virusa yoluxma halı qeydə alınıb. Eləcə də yüzlərlə şəxs karantinə alınıb. 

Virusun yayıldığı digər ölkələrlə müqayisə etdikdə Azərbaycanda bu təhlükənin o qədər də qorxulu, xüsusi təşviş doğuracaq halda olmadığını görə bilərik. Bu da təbii ki, Azərbaycan hökumətinin ilk gündən koronavirusa qarşı ciddi mübarizə tədbirləri həyata keçirməsi ilə bağlıdır. Qeyd etdiyimiz kimi artıq bir müddətdir ki, ölkəmizdə bu məqsədlə xüsusi qərargah yaradılıb, həyatımızın müxtəlif sahələrində lazımı qabaqlayıcı tədbirlər görülüb. Hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir və bu da virusun geniş miqyasda yayılmasının qarşısını almağa kömək edir.  Azərbaycan dövlətinin, hökumətinin atmış olduğu hər bir addım Azərbaycan vətəndaşının rifahı, onun daha yaxşı və problemsiz yaşamasına hesablandığı üçün hər bir tədbir kimi koronavirus əleyhinə alınan tədbirlər də cəmiyyət tərəfindən alqışlanır, dəstək görür. Azərbaycan cəmiyyəti, vətəndaşlar əmindirlər ki, bu tədbirlər onların mümkün təhlükədən xilas olmasına hesablanıb. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. O, bildirib ki, dünyanın gündəliyində dayanan koronavirus (COVID-19) pandemiyası bütün sahələrə sirayət etməkdədir: "Hazırda koronavirusla bağlı müzakirələr bütün spektləri - tibb dünyasını, siyasəti, iqtisadiyyatı, medianı - əhatə edir. Azərbaycan da bu diskussiyalar zəncirinin həlqələrindən biridir. Hazırda Azərbaycanda ondan artıq aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında bildirilir. Azərbaycanda koronavirusdan cəmi bir ölüm halı qeydə alınıb". Ekspert deyib ki, koronavirus pandemiyası əhali arasında panikaya da səbəb olur: "Belə həssas məqamlarda panikaya yol verməmək, maksimum dərəcədə soyuqqanlı davranmaq lazımdır, amma təhlükənin real və risklərin olduğunu da dərk etmək vacibdir. Koronavirusun yaratdığı situasiya ilə bağlı ayrı-ayrı ölkələrdə ümumi mənzərə eynidir. Bu gün dünyanın ən aparıcı ölkələrinin səhiyyələri belə COVID-19-un əsirinə çevriliblər. Böyük yeddiliyə daxil olan İtaliyada vəziyyət daha kritikdir. Bununla belə, qabaqlayıcı tədbirlər davam etdirilir, nə hökumətlər, nə də cəmiyyətlər ruhdan düşür, əksinə, gələcəyə nikbin ümidlərlə baxmaq üçün əllərindən gələni edirlər. Azərbaycan da öz növbəsində resurslarını işə salaraq, bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirir. Daha da mürəkkəb situasiyalara hazır olmaq üçün isə Azərbaycanda daha da sərt tədbirlər tətbiq oluna bilər". Hüquqşünas bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər: "Belə ki, epidemiya əleyhinə sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcəklər. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunması nəzərdə tutulur. Layihədə bildirilir ki, rejimi pozan hüquqi şəxslər iki min manatdan beş min manata qədər cərimə ediləcəklər". Əli İbrahimov onu da deyib ki, insanlar da öz növbəsində bu virusa qarşı mübarizə istiqamətində iradəli olmalı, bəzi gigiyenik qaydalara əməl etməlidirlər. Onun sözlərinə görə, xüsusilə əl verib görüşmək, hətta öpüşmək bu və ya digər virusun yayılmasına səbəb ola bilir: "Öpüşüb-görüşmək bir çox xəstəliklərin yayılma üsudur. Bunu mütəxəssislər deyir. Bu, fəsildə olan qızılca, suçiçəyi infeksiyasının, dəri xəstəlikləri, herpes infeksiyası, hava-damcı yolu ilə yayıla biləcək infeksiyaların rahat bir şəkildə bir-birilə yoluxdurma üsuludur. Hava-damcı yolu ilə olan infeksiyalar dəri səthinə yapışır, dəri səthinə də yapışdığı tədqirdə həmin dəridən öpürsənsə, məlum məsələdir ki, ağız virus üçün, bakteriya üçün birbaşa qapı rolu oynayır. Salamlaşmaq mədəniyyətdir və bunun özəl bir etik qaydaları var. Amma heç bir etik qaydalarda tanımadığımız, bir və ya iki dəfə gördüyümüz adamı qucaqlayıb öpmək səmimiyyətdən sayılmaz. Yaxşı olardı ki, səmimiyyətimizi isbat etmək üçün daha uyğun yollar axtaraq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31