Gündəm
Azərbaycan ordusunun hərbi kortejinin Qarabağda yeni görüntüləri - VİDEO
Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi kortejinin Dağlıq Qarabağdan yeni görüntüləri paylaşılıb.
Həftəsonları ancaq bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
Ermənistan məhv edilmiş hərbçilərinin yeni SİYAHISINI AÇIQLADI - ŞOK RƏQƏMLƏR
Müzəffər Azərbaycan Ordusunun Qarabağ döyüşlərində məhv etdiyi erməni döyüşçülərinin daha bir hissəsinin adları açıqlanıb. Publika.az xəbər verir ki, 19 noyabr tarixli siyahıda 23 ad yer alıb. Avanesyan Samvel Vladimiroviç, 1994-cü il təvəllüdlü Vardanyan Kamo Baqratoviç, 1990-cı il təvəllüdlü Pogosyan Mkhitar Romikoviç, 1985-ci il təvəllüdlü Badasyan Armen Aleksandroviç, 1989-cu il təvəllüdlü Verdyan Armen Lorikoviç, 1984-cü il təvəllüdlü Muradyan Zora Armenoviç, 2001-ci il təvəllüdlü Ovannisyan Narek Karenoviç, 2001-ci il təvəllüdlü Arsen Karenoviç Qriqoryan, 2001-ci il təvəllüdlü Avdalyan Qeqam Eduardoviç, 2000-ci il təvəllüdlü Arutyunyan Leva Mamikonoviç, 2001-ci il təvəllüdlü Serobyan Narek Armenoviç, 2001-ci il təvəllüdlü Amalyan Vardan Davidoviç, 2001-ci il təvəllüdlü Zorik Vaxtanqoviç Şahramanyan, 2002-ci il təvəllüdlü Bazunts Sevak Rubikoviç, 1995-ci il təvəllüdlü Qevorqyan Karen Esayiyeviç, 1995-ci il təvəllüdlü Tamrazyan Araik Seyranoviç, 1996-cı il təvəllüdlü Altunyan Levon Robertoviç, 1993-cü il təvəllüdlü Akdcoyan Sarkis Ovannesoviç, 1987-ci il təvəllüdlü Ara Arşamoviç Zakaryan, 1990-cı il təvəllüdlü Nahapetyan Norayr Martikoviç, 1997-ci il təvəllüdlü Proşyan Akop Asaturoviç, 1987-ci il təvəllüdlü Baqdasaryan Samvel Gevorqoviç, 1984-cü il təvəllüdlü Vardanyan Ernest Vaqanoviç, 1986-cı il təvəllüdlü Qeyd edək ki, Ermənistan səhiyyə nazirliyi bugünədək 2300-ə yaxın döyüşçünün şəxsiyyətini müəyyən etməyin mümkün olduğunu açıqlayıb. Ermənistanın real itkilərinin 13 mindən olduğu bildirilir.
“Əl-Cəzirə” kanalı işğaldan azad edilmiş Füzuli şəhərindən süjet yayımlayıb VİDEO
Muğam Mərkəzi Qələbə sevincli videoçarx hazırladı
Beynəlxalq Muğam Mərkəzi dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda“Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb. Olaylar.az bildirir ki, layihənin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan igid əsgərlərimizə, ordumuza dəstək nümayiş etdirmək, eyni zamanda, diqqəti vətənpərvərlik hisslərinin təbliğinə, gənclərimizin hər an cəbhəyə getməyə hazır olmasına yönəltməkdir.
Peşə təhsili üzrə teledərslərin 20 noyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 20 noyabr tarixi üçün cədvəlini təqdim edir. Olaylar.az bildirir ki, dərslər saat 18:10-da yayımlanacaq.
Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edilib
65 yaşdan yuxarı şəxslərin yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur
Ermənilər Kəlbəcərdə qəbirləri niyə eşir? - DƏHŞƏTLİ FAKTLAR/VİDEO
“Azərpoçt” Qarabağda fəaliyyətə başlamağa hazırlaşır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində fəaliyyətə başlamağa hazırlaşır.
Cənnətə gedən yolun mübarək!
Əsrlər boyu dillərə dastan olacaq bir qələbəmizin şahidi olduq. 30 ildir ki, həsrətiylə yandığımız torpaqlarımıza qovuşduq. Bu həsrətin bitməsi vətənə olan məhəbbət hissini, Vətən sevgisini öz canlarından üstün tutan şəhidlərimizin sayəsindədir.
Nazirlik “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
Mədəniyyət Nazirliyi tərəfindən “Xristian irsimizi tanıyaq” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur. İlk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.
Koronavirusun qarşısını almaq üsulu tapıldı
Ağız nahiyəsinin yaxalanması üçün mayedən istifadə koronavirus da daxil olmaqla, müxtəlif bakteriyalara, viruslara yoluxma riskini azaltmağa imkan verir. Bu nəticəyə Kardiff Universitetinin alimləri gəlib.
Xalq yazıçısının “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb
Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördünücü cildi işıq üzü görüb. Olaylar.az bildirir ki, kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsərlərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalqlarının eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mifdən Yazıya” kitabı, Dastanın poetik özəlliklərini elmi əsəslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, Azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış sosial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-publisistik məqalələri, oçerkləri daxil edilib.














